BMT Suriyanın papağın Küveytin başına qoydu

BMT Suriyanın papağın Küveytin başına qoydu

Suriya BMT-nin İnsan Haqları Şurasına üzv daxil olmayacaq. SİA-nın "Lenta.ru" saytına istinadən verdiyi xəbərə görə, bunu qərb diplomatları bəyan ediblər. Suriyanın yerini Küveyt tutacaq. Suriyanın İnsan Haqları Şurasına buraxılmamasına dair kampaniya Suriyada anti-hökumət nümayişlərinin davam etdiyi son 1 ay yarım müddətində həyata keçirilib.

 

Hüquq müdafiəçiləri son bir ayda Suriyada nümayişlər zamanı 600-dən çox adamın öldürüldüyü, 8000-dək adamın isə həbs olunduğunu və ya itkin düşdüyünü bildirir.

Bütün xəbərlər Facebook səhifəmizdə