Tiqran Sarkisyan: "Biz MAQATE ilə görüşə hazırıq"

Tiqran Sarkisyan: "Biz MAQATE ilə görüşə hazırıq"

Cari ilin 16 may tarixində "Metsamor" Atom Elektrik Stansiyasını yoxlamağa gələcək beynəlxalq atom enerji agentliyinin idarəçiliyi altında olan OSART komissiyasını qarşılamağa hazırıq. SİA-nın xəbərinə görə, bunu Ermənistanın baş naziri Tiqran Sarkisyan deyib. O, qeyd edib ki, AES bütün texniki parametrlərdən tam təhlükəsizdir: "Biz bu görüşə tam hazırıq".

 

Qeyd edək ki, AES-lərdə yoxlamalara səbəb Yaponiyada baş verən zəlzələdən sonra "Fukusima-1" atom-elektrik stansiyasında partlayışın baş verməsidir. Eyni zamanda "Fukusima-1" atom-elektrik stansiyasının 6 reaktorundan beşinin nəzarət zallarında işıqlandırma bərpa edilib. Yalnız daha çox zərər çəkmiş 4-cü enerji bloku işıqsız qalır. Əsas hədəf hələ də qəza vəziyyətində olan reaktorların sərinlədilməsidir. Mütəxəssislər 1, 2 və 3-cü reaktorlara preslənmiş su səpməyə hazırlaşırlar. Daha əvvəl isə bu məqsədlə duzlu dəniz suyundan istifadə edilirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə