"Yunanıstan xəyal görür" - Ersin Tatar

“Kiprdə sülh Türkiyə tərəfindən təmin edilir, Yunanıstanın Enosis xəyalları ilə Kipr yunanlarına da, türklərə ziyan vurur”. SİA-nın məlumatına görə, bu fikirləri Şimali Kipr Türk Cümhuriyyətinin baş naziri Ersin Tatar səsləndirib.

Ersin Yunanıstan prezidenti Katerina Sakellaropulosun Cənubi Kipri ziyarət edərək Türkiyəyə işğalçı deyərək, hücum etməsinin tragikomik hal olduğunu vurğulayıb. Baş nazir Ersin Tatarın açıqlamasında deyilir:

“Yunanıstan prezidenti Katerina Sakellaropulosun Meysdən sonra Cənubi Kiprə səfər edərək guya Türkiyə və bizlərə mesaj verir. Xanım Sakellaropulos yaxşı hüquqşünas olmasına baxmayaraq, görünür yaxın tarixi belə bilmir. Reallıq budur ki, Yunanıstanın Meqali İdea xəyalı ilə Kipri yenidən ilhaq etməyə çalışması, ENOSİS üçün adada terror təşkilatı yaratması, 1974-cü ilin 15 iyulunda ordusu ilə Kiprdə hərbi çevriliş edərək, Nikos Samson adlı terrorçuya Helen dövləti elan etdirməsidir. Bütün bunları edən Yunanıstan dövlətinin prezidentinin yunan hərbi çevrilişinə müqavimət göstərən yunanları qırğından xilas edən, Kipr türklərinin qırğınının qarşısını almaq üçün təminatçı ölkə hüququnda istifadə edən, Kiprə sülh gətirən və hələ də sülhün davamiyyətinin tək təminatçısı olan Türkiyəyə “işğalçı” deyə hücum etməsi həqiqətən tragikomik haldır. “Yaman oğru ev sahibini evdən qovar” misalı Yunanıstan Türkiyəni Kiprdən çıxara biləcəyini, Kipr türk xalqının suverenliyi ilə dövlətini yox saya biləcəyini zənn edirsə, xəyal görür. Yunanıstan gəldiyimiz nöqtədən həqiqətləri qavramaq , “peşka” olmaqdan, xəyal qurmaqdan qurtulmağa məcburdur. Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti Aralıq dənizinin şərqindəki haqlarından əsla imtina etməyəcək. Kipr türkü federasiya müzakirə olunur fikri ilə daha 5 ilinin boşa getməsinə razılıq verməyəcək. Yeni gələcəyə addımayaraq, fəal siyasət izləyərək irəli doğru addımlar atmağa davam edəcəyik”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə