Rusiyada paytaxt sakini anasını güllələyərək öldürdükdən sonra intihar edib

Rusiyanın Yeni Moskva bölgəsində 1971-ci il təvəllüdlü paytaxt sakini anasını güllələyərək öldürdükdən sonra intihar edib. SİA "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə Moskva İstintaq İdarəsinin rəhbərinin baş köməkçisi Yulia İvanova jurnalistlərə açıqlamasında bildirib. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2 hissəsinə (iki və ya daha çox insanın öldürülməsi) əsasən, faktla bağlı cinayət işi açılıb. Hadisə sentyabrın 22-də Desenovskoye qəsəbəsində baş verib. İlkin məlumatlara görə, anasını öldürməzdən əvvəl kişi depressiyada olub. Hüquq-mühafizə orqanlarından bildirilib ki, mənzilin qapısı arxadan bağlı olub. Xilasedicilər qapını açdıqdan sonra içəridə ana və oğulun meyitlərini aşkar ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə