Putin: "BMT dünyanı qorumaqla, əsas missiyasını ləyaqətlə yerinə yetirdiyini təsdiqləyir”

“Son onilliklərə nəzər salsaq, görərik ki, BMT dünyanı qorumaqla, əsas missiyasını ləyaqətlə yerinə yetirdiyini təsdiqləyir”.

SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxışı zamanı bildirib.

Putin əlavə edib ki, Soyuq Müharibə dövründəki bütün mürəkkəbliklər, kardinal geosiyasi dəyişikliklər, bugünkü dünya siyasətinin incəlikləri fonunda BMT əsas missiyası kimi dünyanı qorumaq, xalqların və qitələrin davamlı inkişafını təşviq etməklə, eləcə də lokal böhranların aradan qaldırılmasına köməklik göstərməklə üzərinə düşən missiyanı kifayət qədər layiqincə yerinə yetirir.

O, nəhəng təcrübə potensialına malik BMT-nin tələblərinin irəli getmək üçün yaxşı zəmin yaratdığını vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə