İranda son sutkada 178 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində 3 712 nəfər koronavirusa (COVID 19) yoluxub. SİA xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Onun sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 429 193 nəfərə çatıb. Virus daşıyıcılarından 3 922 nəfərin vəziyyəti ağırdır.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 178 nəfər koronavirusdan ölüb. Beləliklə, İranda bu virusdan ölənlərin sayı 24 656 nəfərə yüksəlib.

Sadat Lari əlavə edib ki, İranda indiyədək 363 737 nəfər koronavirusdan sağalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...