Hindistanın Baş naziri: "Birləşmiş Millətlər Təşkilatının islahatlara ehtiyacı var"

Birləşmiş Millətlər Təşkilatının islahatlara ehtiyacı var, bunsuz dövrümüzün çağırışları ilə qarşı durmaq mümkün deyil.

SİA xəbər verir ki, bunu Hindistanın Baş naziri Narendra Modi BMT Baş Assambleyasının 75 illiyi münasibətilə təşkilatın təntənəli iclasında çıxış edərkən bildirib.

N.Modi bildirib ki, köhnəlmiş qurumlarla bu günün problemlərinə qarşı mübarizə apara bilmərik:

"Hərtərəfli islahatlar olmadan BMT özünə inam böhranı ilə üzləşir. İndiki bir-biri ilə əlaqəli dünyası üçün günümüzün reallıqlarını əks etdirən, bütün maraqlı tərəflərə səs verən, müasir məsələləri həll edən və insanın rifahına yönəlmiş, islah edilmiş çoxtərəfli bir yanaşmaya ehtiyacımız var".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...