Rusiyada koronavirusa yoluxanların sayı 1,1 milyon nəfəri keçib

Rusiyada koronavirusa yoluxanların sayı 1,1 milyon nəfəri keçib.

Ölkədə son sutka ərzində 6 196 nəfər virusa yoluxub, 71 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 1 109 595 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 19 489 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 911 973 nəfər virusdan sağalıb, 178 133 nəfərin müalicəsi isə davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə