Trampa zəhərli bağlama göndərən şəxsi yaxalayıblar

Trampa zəhərli bağlama göndərən şəxsi yaxalayıblar

ABŞ sərhədçiləri Birləşmiş Ştatların prezidenti Donald Trampa zəhərli bağlama göndərən şəxsi yaxalayıblar.

SİA xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarına istinadən NBC telekanalı bildirib.

Qeyd edilir ki, ölümlə nəticələnə biləcək zəhəri göndərən kişi Kanadadan ABŞ-a gəlmək istəyən zaman saxlanılıb.

Polis hələ cinayətkarın şəxsiyyətini açıqlamayıb. Hadisənin başvermə şəraiti və səbəbləri araşdırılır.

Daha əvvəl şənbə günü – sentyabrın 19-da Ağ Evə, Donald Trampın ünvanına zəhərli bağlama göndərilib, ancaq bağlama yoxlama məntəqəsində zərərsizləşdirilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə