Son sutka ərzində Pakistanda COVID-19-a 640 nəfər yoluxub. Beləliklə, bu ölkədə virusa yoluxanların sayı 305 min 671 nəfərə çatıb.
SİA Pakistan mətbuatına istinadla xəbər verir ki, son sutkada virusdan 1 xəstə vəfat edib və bununla da ölənlərin sayı 6416 nəfər olub.
Müalicə müəssisələrində 6692 xəstə müalicə alır ki, onların da 562-si ağır vəziyyətdədir.
İndiyədək Pakistanda 292 min 303 xəstə bu virusdan sağalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB