Kolumbiyada naməlum cinayətkarların kütləyə hücumu nəticəsində 5 nəfər qətlə yetirilib
Kolumbiyanın qərbində naməlum cinayətkarların hücumu nəticəsində 5 nəfər qətlə yetirilib.
SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, insident Buenos-Ayres bələdiyyəsində (Kauka departamenti) baş verib.
Məlumata əsasən, naməlum şəxslər xoruz döyüşləri keçirilən yerə əl qumbarası atıblar, daha sonra isə atəş açmağa başlayıblar.
İnsidentlər bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB