“Belarus bütün ödənişləri vaxtında həyata keçirdiyi üçün etibarlı borc alıcısıdır” - Rusiyanın Maliyyə naziri

“Belarus bütün ödənişləri vaxtında həyata keçirdiyi üçün etibarlı borc alıcısıdır”.

SİA xəbər verir ki, bunu Rusiyanın Maliyyə naziri Anton Siluanov "Rossiya-1" telekanalının efirində bildirib.

Nazir qeyd edib ki, Belarus Rusiyanın etibarlı borcalanıdır: “Kredit ödəmələrində gecikmələrin heç bir presedenti olmayıb. Bu baxımdan düşünürük ki, Belarus çox yaxşı borcalan ölkədir”.

Anton Siluanov əlavə edib ki, Belarusa borc vermək Rusiya iqtisadiyyatı üçün də faydalıdır: "Biz həm Belarus, həm də Rusiya iqtisadiyyatını dəstəkləyəcəyik, çünki kredit Rusiya tədarükçüləri ilə əməliyyatları əhatə edəcək və ödəmə borcu olmayacaq. Buna qarşılıqlı maraq var”.

“Təbii ki, bəzi sualları eşidirik: Rusiya özü çətin vəziyyətdə olduğu halda niyə xarici ölkələrə borc verməlidir? Bu vəziyyətdə Belarus bizim çox yaxın ticari və iqtisadi ortağımızdır”.

Nazir əlavə edib ki, Rusiya Belorusa iki müddətə bir borc verəcək: “Belorusa 2020-ci ildə 1 milyard ABŞ dolları, 2021-ci ildə isə 500 milyon ABŞ dolları həcmində borc veriləcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə