Dünyada koronavirus pandemiyası təhlükəsi artır

Dünyada koronavirusa yoluxma hallarının sayı 31 milyonu ötüb. SİA-nın məlumatına görə, bunun ayrı-ayrı ölkələrin statistikası təsdiq edir.

Məlumata görə, hazırda dünyada COVID-19-a yoluxma hallarının sayı 31 002 707-ə çatıb. Eyni zamanda koronavirusdan ölənlərin sayı artıb. Belə ki, COVID-19-un qeydə alındığı ölkələrdə təhlükəli virusdan ölənlərin sayı artıq 961 612 nəfəri ötüb.

Virusun qeydə alındığı ölkələrin statistikasına əsasən ümumilikdə COVID-19-a yoluxmuş 22 610 909 pasiyent sağalıb. Bununla yanaşı, hazırda dünyada 7 430 186 koronavirus pasiyentinin müalicəsi davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə