Ermənistanın müdafiə naziri: “İran Qarabağ müharibəsi zamanı Azərbaycana hərbi dəstək göstərib”

Ermənistanın müdafiə naziri: “İran Qarabağ müharibəsi zamanı Azərbaycana hərbi dəstək göstərib”

Ermənistanın müdafiə naziri Seyran Ohanyan İranın ali dini rəhbəri ayətullah Xameneyinin nümayəndəsi Seyyid Həsən Amelinin İranın Qarabağ müharibəsi zamanı Azərbaycana hərbi dəstək göstərməsi ilə bağlı bəyanatını təsdiq edib. SİA-nın "News.am"-a istinadən verdiyi xəbərə görə, Ohanyan söyləyib ki, Qarabağ müharibəsinin müəyyən mərhələsində münaqişədə əfqan mücahidlərindən təşkil olunmuş dəstələr fəal döyüşüb.

 

Qeyd edək ki, İranın ali dini rəhbəri ayətullah Xameneyinin nümayəndəsi Seyyid Həsən Ameli Qarabağ müharibəsi zamanı Azərbaycan-İran birgə müdafiə qərargahı yaradıldığını bildirib. Bu çərçivədə Təbriz və Ərdəbil generalları gecə-gündüz erməni təcavüzünün qarşısını almaq üçün əllərindən gələni edir, azərbaycanlı qardaşlarına kömək göstərirdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə