Qanada baş verən yol qəzasında səkkiz futbolçu ölüb

Qanada avtobusun çaya düşməsi 8 futbolçunun ölümü ilə nəticələnib. Xarici KİV-lər məlumat verir ki, hadisə Aşantı bölgəsində baş verib.

İdmançılar olan avtobus çaya düşüb. Altı nəfər yerindəcə, daha iki nəfər xəstəxanada ölüb. Dörd futbolçunun vəziyyəti ağırdır.

Komanda gənclər futbol liqasında iştirak etmək üçün qeydiyyatdan keçməyə gedirmiş.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...