Ötən sutka Türkiyədə daha 1538 nəfərdə koronavirus aşkarlanıb

Sentyabrın 19-də Türkiyədə 97 min 416 nəfər koronovirus testindən keçirilib. Onlardan 1538 nəfər xəstə çıxıb. Sutka ərzində 1312 nəfər sağalıb, 68 xəstə dünyasını dəyişib.

Ölkədə koronavirusa yoluxanların sayı 301 min 348 nəfərə çatıb. Ümumilikdə 7445 nəfər infeksiyadan dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə