ABŞ-da etiraz aksiyası - Ölənlər var

ABŞ-ın Roçester şəhərində polis zorakılığına qarşı etiraz aksiyası zamanı atışma baş verib. SİA-nın məlumatına görə, hadisə nəticəsində azı iki nəfər həlak olub. Daha 13 nəfərin yaralandığı deyilir.

Atəşin kimin açdığı məlum deyil. Polis hadisə ilə bağlı araşdırma başlayıb. Axtarışlar davam etdirilir.

Yaralılar xəstəxənaya yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...