Suriya hakimiyyəti mayın 10-da ölkənin qərbində yerləşən Baniyas şəhərində həbs olunmuş 300 nəfərə yaxın şəxsi azad edib. SİA-nın İran mətbuatına istinadən verdiyi xəbərə görə, həbsxanada daha 200 nəfər, o cümlədən müxalifət fəalları qalır. Eyni zamanda ordu qüvvələri və tanklar Baniyas şəhərinə daxil olub.
Qeyd edək ki, martın ortalarında Suriyada divarlarda hökumət əleyhinə şüarlar yazan bir qrup məktəbli həbs ediləndən sonra xalq etirazları başlayıb. Çox keçmədən narazılıqlar ölkənin digər bölgələrinə, xüsusən də Latakiya, Baniyas, Xoms və Xama şəhərlərinə keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB