Ermənistanda koronavirusa yoluxanların sayı 47 mini keçib

Ermənistanda koronavirusa yoluxanların sayı 47 154 nəfərə çatıb. Erməni KİV-lərinin verdiyi məlumata görə, son sutka ərzində 244 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 2 nəfərin ölümü qeydə alınıb.

Bugünədək Ermənistanda 928 nəfər koronavirusdan ölüb, 3 390 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə