Fransada son sutka ərzində COVID-19 infeksiyasına 13,2 min yeni yoluxma qeydə alınıb

Fransada son sutka ərzində COVID-19 epidemiyasına 13215 yeni yoluxma və 123 ölüm faktı qeydə alınıb.

SİA xəbər verir ki, bu haqda Fransa Dövlət Səhiyyə İdarəsi məlumat verib.

Bildirilib ki, sentyabrın 18-də 403 koronavirus xəstəsi xəstəxanaya yerləşdirilib, reanimasiya şöbəsində ağır xəstələrin sayə 571-ə çatıb.

Epidemiya başlayandan ölkədə 31249 ölüm faktından 20689-u xəstəxanalarda qeydə alınıb.

Dövlət Səhiyyə İdarəsi əhalini xəbərdar edib ki, qrup yoluxmalarının, eləcə də koronavirus qurbanlarının sayının artması COVID-19 epidemiyasının intensivləşməsinin göstəriciləridir. Xəstəxanalarda çarpayıların sayının artırılması və yeni tibbi heyətin cəlb edilməsinə başlanılıb.

Nis, Marsel, Lyon kimi şəhərlərdə vəziyyətin kəskinləşdiyi, qadağaların sərtləşdirildiyi bildirilərək, bir çox ictimai məkanların yenidən bağlanacağının gözlənildiyi qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə