ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriyaya “Bradley” piyada döyüş maşınlarını yerləşdirib

ABŞ-ın rəhbərlik etdiyi Beynəlxalq Terrorla Mübarizə Koalisiyası Suriyanın şimal-şərqinə “Bradley” piyada döyüş maşınlarını yerləşdirib.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə koalisiyanın rəsmi nümayəndəsi Ueyn Marotto açıqlamada bildirib.

U.Marotto qeyd edib ki, mexanikləşdirilmiş “Bradley” döyüş maşınları Suriyanın şimal-şərqində getdikcə çətinləşən vəziyyətdə koalisiya qüvvələrini qorumağa kömək edəcək: “Koalisiya qüvvələri İŞİD üzərində son qələbəni təmin etmək öhdəliklərinə sadiqdir”.

Koalisiya rəsmisi əlavə edib ki, Pentaqon son dəfə “Bradley” döyüş maşınlarını Suriyaya 2019-cu ilin oktyabrında göndərdib.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının nümayəndəsi Bill Urban da “Bradley” döyüş maşınlarının koalisiya qüvvələrinin təhlükəsizliyini təmin etmək məqsədilə istifadə edildiyini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə