Tramp Yaxın Şərq və Əfqanıstanda Amerika qoşunlarının sayını azaltmağa davam edəcək

ABŞ prezidenti Donald Tramp Yaxın Şərq və Əfqanıstanda Amerika qoşunlarının sayını azaltmağa davam etmək niyyətindədir.

SİA xəbər verirki, bu barədə D.Tramp mətbuat konfransı zamanı bildirib.

ABŞ prezidenti qeyd edib:
"Qoşunlarımızın xeyli hissəsini vətənlərinə qaytardıq. Onların bir çoxu yaxın gələcəkdə evlərinə dönəcəklər".

Amerika lideri ABŞ-ın daha əvvəl Suriya ilə Türkiyə arasındakı sərhəddən" də qüvvələrini geri çəkdiyini xatırladıb.

Bütün xəbərlər Facebook səhifəmizdə