Qvatemala prezidenti koronavirusa yoluxub

Qvatemala prezidenti Alexandro Cammatteyi koronavirusa yoluxub.

SİA xəbər verir ki, bu barədə "Republica" qəzeti dövlət başçısının özünün açıqlamasına istinadən xəbər verib.

Məlumata əsasən, ölkə prezidenti deyib ki, Qvatemala hökuməti üzvləri koronavirus infeksiyası ilə bağlı test verəcək:

"Bundan sonra onların mövcud rejimdə işləməyə davam edəcəklərinə və ya vəzifələrini məsafədən yerinə yetirməli olduqlarına qərar verəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə