"Türkiyə Aralıq dənizində şantaj və quldurluğa icazə verməyəcək" - Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şərqi Aralıq dənizi ilə əlaqədar "Türkiyənin şantaja və quldurluğa boyun əyməyəcəyini artıq adiyyatı şəxslər anlayıb" deyə bildirib. SİA-nın məlumatına görə, Ərdoğan çıxışında Şərqi Aralıq dənizində Türkiyənin və ŞKTC-nin beynəlxal hüquq çərçivəsində bütün haqlarını sonuna qədər müdafiə edəcəklərini vurğulayıb.

Ərdoğan, "Aralıq dənizində ən uzun sahil xəttinə sahib olan ölkəmizi kimsənin çimərliklərimizlə məhdudlaşdırmasına icazə verməyəcəyik. Təhdid dilinin işə yaramadığını, Türkiyənin şantaj və quldurluğa boyun əyməyəcəyini artıq hər kəs başa düşüb. Son günlərdə məsələnin həll yolu olaraq diplomatiya masasının önə çıxarılması, əlbəttə ölkəmizin əzmkar mövqeyinin nəticəsidir" deyə vurğulayıb.

Əvvəldən bu məsələdə problemin diyaloq, müzakirə, qonşuluq hüququ çərçivəsində həll olunması gərəkdiyini istədiklərini deyən Ərdoğan, bildirib ki, “Qarşı tərəfin təxribatlarına və uşaq kimi davranışlarına baxmayaraq, həmişə haqlı olmağın və böyük bir dövlət olmağın ləyaqəti ilə hərəkət etdik. Müddətin bu səviyyəyə gəlməsində Türkiyənin həssas, soyuqqanlı lakin bir o qədər də dönməz mövqeyinin önməli rolu var. Bundan sonra da tələb olunan yetkinliyi göstərməyə davam edəcəyik. Ölkəmizlə yanaşı bölgəmizdə də sülh, əmin-amanlıq və sabitlik üçün çalışmağa davam edəcəyik".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə