Erməni ticarətçilər hələ də Moskva bazarlarında öz mallarını sata bilmədiklərinə görə şikayətlənirlər. SİA Ermənistan mətbuatına istinadən xəbər verir ki, erməni biznesmenlər "Fud Siti"də öz mallarımızı sata bilmədikləri üçün on minlərlə dollar ziyana düşüblər və Ermənistana qayıdıblar.
"Hazırda “Fud Siti”yə Ermənistandan gələn yük maşınları bazarın ərazisinə buraxılmır, 25-dən artıq biznesmen öz məhsullarını sata bilmir. Vəziyyət ağırdır. “Fud Siti” Moskva şəhərinin ən böyük bazarıdır. Alternativ ticarət mərkəzləri kimi “Buxta”, “Şelkovıy put” və s. olsa da, onların miqyası və ticarət dövriyyəsi “Fud Siti” ilə müqayisə oluna bilməz” - deyə, iş adamlarından biri erməni jurnalistlərə şikayətlənib.
Erməni tərəfinin fikrincə, “Fud Siti”nin azərbaycanlı sahibləri və ticarətçilər Ermənistan məhsullarını boykot edir. (modern.az)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB