İtaliya Şərqi Aralıq dənizində yeni enerji yataqları aşkarlayıb. SİA xəbər verir ki, ölkənin ENİ nəhəng enerji şirkəti Misir sahillərində enerji ehtiyatı kəşf edib.
Şirkət tərəfindən verilən açıqlamada yeni təbii qaz ehtiyatlarının Nil deltasında sahildən 5 km məsafədə və 16 metr dərinlikdə yerləşdiyi bildirilib.
Yeni yataqlarının ENI, BP və Misirin neft şirkətləri ilə birlikdə dəyərləndiriləcəyi vurğulanıb.
Qeyd edək ki, Aralıq dənizinin şərq hissəsində Türkiyə nəhəng təbii qaz yatağı aşkarlayıb.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB