Liviyada hərbi səfərbərlik elan olunub

Liviyada hərbi səfərbərlik elan olunub

Liviya lideri Müəmmər Qəddafi ölkədə irimiqyaslı səfərbərlik elan edib. SİA-nın "GZT.ru"-ya istinadən verdiyi məlumata görə, buna səbəb NATO-nun yerüstü əməliyyatlara başlamaq ehtimalıdır. Hərbi ekspertlərin fikrincə NATO hava zərbələri ilə Qəddafini hakimiyyətdən getməyə məcbur edə bilməyib, bu isə alyans rəhbərliyini yerüstü əməliyyat aparmağa sövq edir.

Eyni zamanda Qəddafiyə məxsus silahlı qruplaşmanın sayı 800 min nəfəri keçir. NATO-nun yerüstü əməliyyatı ərəfəsində Liviya rəhbərliyi əhaliyə silah paylamaqla bu rəqəmi artırmağa çalışır. Həmçinin son vaxtlar Liviya telekanalları xüsusi hərbi düşərgələrdə qadınların təlim keçməsinə dair kadrlar yayımlamağa başlayıb.

Bütün bunların fonunda NATO-nun Hərbi Hava Qüvvələri Tripolidəki obyektlərə hava zərbələri endirib. Belə ki, Liviya paytaxtında orduya və təhlükəsizlik xidmətinə məxsus binalar bombardman edilib

Bütün xəbərlər Facebook səhifəmizdə