"Əl Qaidə" liderinin oğulları ABŞ-a dava açmağa hazırlaşır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Üsamə bin Ladenin oğulları ABŞ-a qəzəblərini gizlətmirlər.
Atalarının cəsədinin dənizə atılmasını qəbul etməyən övladları bunun üçün ABŞ rəhbərliyinə dava açmağa hazırlaşdıqlarını da diqqətə çatdırıblar.
Bin Ladenin oğlu Ömər bin Laden açıqlaması zamanı bildirib ki, ölümün bu cür elan olunması onlar üçün təhqirdən başqa bir şey deyildi: "İstənilən halda adam öldürmək cinayətdir. ABŞ belə bir cinayətdən sonra da atamızın cəsədini dənizə atdı və bunu böyük bir fəxr hissi ilə elan etdi. Barak Obamanın bu xəbəri sevinclə çatdırması bizim üçün kifayət qədər təhqir hesab olunur. Amma atamızın cəsədinin dənizə atılması artıq məsələni qəbulolunmaz hala gətirib çıxardı. Belə alçaldıcı davranışlara dözmək qəti mümkün deyil. Biz bunun üçün istənilən vaxt ABŞ-a dava aça bilərik. Belə bir haqqımız olsa da, bunu gizli tuturuq. Amma bu o demək deyil ki, biz həmişə susacağıq. Bu cinayətin aqibəti ilə bağlı bütün məsələlərdə Obamanı şəxsən günahkar bilirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB