Virusdan ölənlərin sayı 923 nəfərə çatıb -ERMƏNİSTANDA

Ermənistanda son sutkada daha 257 nəfərin yeni növ koronavirusa (COVID-19) yoluxduğu müəyyənləşib.

SİA xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinn yaydığı məlumata görə, ötən gün daha 3 nəfər virusun səbəb olduğu ağırlaşmadan ölüb.

Beləliklə, Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 46 min 376 nəfərə, ölənlərin sayı isə 923 nəfərə çatıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə