Yaponiyanın yeni baş naziri təsdiq edilib

Yaponiyada hakimiyyətdə olan Liberal Demokrat Partiyasının yeni sədri Yosixide Suqa ölkənin baş naziri vəzifəsinə təsdiq edilib.

SİA xəbər verir ki, Suqanın namizədliyi parlamentin hökumət başçısı seçkilərində son söz sahibi olan aşağı palatasında tam dəstək qazanıb. Səsvermə qanunverici orqanın veb saytında canlı yayımlanıb.

Bu gün ərzində yeni kabinetin tərkibinin elan edilməsi gözlənilir.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə