Yeni Zelandiyada məktəb avtobusu ilə qatarın toqquşması nəticəsində azı 40 nəfər yaralanıb

Yeni Zelandiyada, Şimal adasının Bannitorp yaşayış məntəqəsində məktəb avtobusu ilə qatarın toqquşması nəticəsində azı 40 nəfər yaralanıb.

SİA xəbər verir ki, bu barədə “The New Zealand Herald” qəzeti məlumat yayıb.

Məlumata görə, avtobusdakı sərnişinlər yüngül və orta dərəcədə xəsarət alıblar. Altı nəfər xəstəxanaya yerləşdirilib. Hadisənin səbəbi araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə