Boliviya prokurorluğu eks-prezident Evo Moralesin məhkəməyə gəlməsini tələb edib

Boliviya prokurorluğu eks-prezident Evo Moralesin məhkəmədə cinayət işi üzrə ifadə vermək üçün 10 gün ərzində gəlməsini tələb edib. Cinayət işinə əsasən, E.Morales terrorçuluqda ittiham olunub.

SİA-nın məlumatına görə, bu barədə baş prokuror Xuan Lançipa bildirib.

O qeyd edib ki, E.Moralesin 10 gün ərzində məhkəmə orqanı qarşısına çıxması lazım olduğunu bildirməsi ilə bağlı qərar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə