BƏƏ və Bəhreyn bu gün Vaşinqtonda İsraillə razılaşma imzalayacaqlar
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreyn bu gün Vaşinqtonda İsrail ilə münasibətlərin normallaşdırılması üzrə razılaşma imzalayacaqlar.
SİA-nın "İnterfaks"a istinadən verdiyi məlumata görə, razılaşmanın imzalanması mərasimində iştirak etmək üçün İsrailin baş naziri Binyamin Netanyahu Vaşinqtona səfərə gəlib.
Bildirilir ki, BƏƏ və Bəhreyni mərasimdə bu ölkələrin xarici işlər nazirləri təmsil edəcəklər.
Qeyd edilir ki, mərasimdə həmçinin ABŞ prezidenti Donald Tramp da iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB