Udmurtiya Respublikasında baş vermiş ağır yol qəzasında 6 nəfər dünyasını dəyişib

Udmurtiya Respublikasında baş vermiş ağır yol qəzasında 6 nəfər dünyasını dəyişib

Rusiya Federasiyasının Udmurtiya Respublikasında ağır yol qəzası baş verib.

SİA "tvzvezda.ru" saytına istinadən xəbər verir ki, “VAZ-2112” markalı minik maşını “KamAZ” markalı yük maşınına çırpılıb.

Hadisə nəticəsində minik maşınında olan 6 nəfər yerindəcə dünyasını dəyişib. Ölənlər arasında 2003 və 2002-ci il təvəllüdlü üç azyaşlı var.

Zərbənin gücündən “VAZ-2112”nin üst hissəsi tamamilə sıradan çıxıb.

Qəzanın başvermə səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə