ABŞ-ın Oreqon ştatında meşə yanğınları nəticəsində 10 nəfər həlak olub

ABŞ-ın Oreqon ştatında meşə yanğınları nəticəsində 10 nəfər həlak olub

ABŞ-ın Oreqon ştatında meşə yanğınları nəticəsində 10 nəfər həlak olub.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ştatın qubernatoru Keyt Braun mətbuat konfransı zamanı deyib.

Qubernator bildirib: "Təəssüf ki, yanğınla əlaqədar 10 nəfərin öldüyünü öyrəndik. Bunu bizim məhkəmə ekspertlərimiz də təsdiqlədi".

Onun sözlərinə görə, Kanada, həmçinin Şimali Dakota və Miçiqan ştatlarının hakimiyyətləri Oreqona yanğınsöndürmə briqadaları göndəriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə