Ukraynanın Xarkov şəhərinin meri Gennadi Kernes koronavirus testindən keçib və nəticələri müsbət olub.
SİA "gazeta.ru" saytına istinadən xəbər verir ki, Ukrayna Prezident Admnistrasiyasındakı mənbələr merin səhhətinin son dərəcə ağır olduğunu bildirib.
Qeyd edilib ki, hazırda G.Kernes komadadır.
O, son dəfə ictimaiyyət qarşısına avqustun 23-də Şəhər Günü münasibətilə keçirilən tədbirdə çıxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB