Yaponiyanın baş naziri məvacib almaqdan imtina edib

Yaponiyanın baş naziri məvacib almaqdan imtina edib

Yaponiyanın baş naziri Naoto Kan ölkədə enerji böhranının nəticələri aradan qalxanadək məvacib almayacağını bildirib. SİA-nın "GZT.ru"-ya istinadən verdiyi xəbərə görə, o iqtisadi vəziyyət stabilləşənə qədər bu addımı atacaq: "Hakimiyyət və TEPCO şirkəti bu qəzaya görə cavabdehdir. Ona görə, mən bu addımı ataraq xalqdan üzr istəmək istərdim".

 

Qeyd edək ki, ölkədə 5000-ə yaxın ev tamamilə dağılıb, 2500 ev yarı uçub, 56 min evə isə müəyyən qədər ziyan dəyib. Yaponiya hökuməti 30 min müvəqqəti yaşayaş evinin tikilməsini planlaşdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə