İrandan uranla əlaqədar - ŞOK AÇIQLAMA

İrandan uranla əlaqədar - ŞOK AÇIQLAMA

İranın uranı zənginləşdirmə və saxlama qabiliyyəti artıb. SİA-nın məlumatına görə, bu barədə ölkənin Atom Energetikası Agentliyi məlumat yayıb.

Bildirilib ki, “Fordow” uranı zənginləşdirmə stansiyasındakı 1044 mərkəzdənqaçma laboratoriya aləti aktivləşdirilib.

Qeyd edək ki, ABŞ-ın 2018-ci ildə nüvə razılaşmasından birtərəfli qaydada çəkilməsinin açıqlanmasından sonra razılaşma çərçivəsində aktivliyini məhdudlaşdırığı müəssisələrin yenidən fəaliyyətini artıran İran “Fordow” uranın zənginləşdirilməsi proqramına 2019-cu ildə başlamışdı. Rəsmi Tehran 2019-cu ilin mayından bəri razılaşmadakı öhdəliklərini sıra ilə sonlandırır.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə