Böyük Britaniyada son sutka ərzində təxminən 5,5 min nəfər koronavirusa yoluxub
Böyük Britaniyada koronavirusa yoluxanların sayı artmaqda davam edir. Son sutka ərzində 5 min 497 nəfər virusa yoluxub. Mütəxəssislərin fikrincə, bu, ikinci dalğanın başlamasına işarədir.
Hökumət virusa yoluxmada artımı nəzərə alaraq karantin qaydalarını sərtləşdirməyə başlayıb.
Krallığın tərkibində olan ərazilərdə 6 nəfərdən artıq insanın toplaşması yasaqlanıb. Bazar ertəsindən etibarən qanun qüvvəyə minəcək.
Birminhem, Sandvel və Solihul ərazilərindən başqa Mançesterin şimalındakı Boltonda da yenidən karantin rejimi tətbiq olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB