Gürcüstanda intihar halları artıb

Gürcüstanda intihar halları artıb

Cari ilin birinci yarısında Gürcüstanda intihar halları artıb. Yanvarın 1-dən iyunun 30-dək ölkədə 162 nəfər özünə qəsd edib. Onlardan 125-i kişilərdir. SİA-nın verdiyi məlumata görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, altı ayda 254 nəfər intihara cəhd edib. İntihar edənlərin biri Rusiya, biri Tailand qalanları isə Gürcüstan vətəndaşladır. Ən çox intihar halları paytaxt Tbilisidə qeydə alınıb. İkinci yerdə Sameqrelo-Zemo Svaneti, üçüncü yerdə isə Kvemo Kartli regionu dayanır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə