Gürcüstan parlamentinin daha bir deputatı Gedevan Popxadzenin koronavirusa yoluxduğu təsdiqlənib. SİA-nın verdiyi məlumata görə, o, ötən gün yüksək temperaturla xəstəxanaya müraciət edib. Deputatın COVID-19-la bağlı testi pozitiv nəticələnib.
Qeyd edək ki, bundan öncə deputat Levan Qoqiçaişviliyə də koronavirus diaqnozu qoyulub. Hər iki deputat “Bizim Gürcüstan - Həmrəylik Alyansı” Partiyasında təmsil olunur. Siyasi təşkilatın digər liderləri özünütəcrid rejimindədirlər.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB