Pakistanda ev uçub ölənlər və xəsarət alanlar var

Pakistanda ev uçub ölənlər və xəsarət alanlar var

Pakistanın cənubunda yaşayış binasının uçması nəticəsində 2 nəfər ölüb, daha 10 nəfər xəsarət alıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə Karaçi şəhərində bu gün səhər saatlarına qeydə alınıb.

İkimərtəbəli bina uçub, nəticədə bir neçə nəfər dağıntılar altında qalıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Xilasedicilərin məlumatına görə, dağıntılar altında daha bir neçə nəfər qalıb.

Hadisənin yerində xilasetmə işləri davam edir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə