Əfqanıstanda 5 polis əməkdaşı öldürülüb

Əfqanıstanın Kapisa əyalətində hərbi qruplaşmanın üzvləri polis əməkdaşlarına hücum edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hərbi qruplaşmanın üzvlərinin hücumu nəticəsində 5 polis əməkdaşı həlak olub, 7-si isə xəsarət alıb. Yerli polisin verdiyi məlumata görə, insident "Taliban" qruplaşmasının üzvləri tərəfindən törədilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə