Kolumbiyada mədəndə dağıntılar altında qalan 5 şaxtaçı xilas edilib

Kolumbiyada mədəndə dağıntılar altında qalan 5 şaxtaçı xilas edilib

Kolumbiyanın şimal-qərb hissəsində yerləşən mədəndə dağıntılar altında qalan 5 şaxtaçı həmkarları tərəfindən xilas edilib.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli “La FM” radiosu məlumat yayıb.

Hadisə Valdiviya bələdiyyəsində qeyri-qanuni fəaliyyət göstərən qızıl mədənində baş verib. Şaxtaçılar müxtəlif dərəcəli bədən xəsarətləri ilə yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə əlaqədar istintaq hərəkətlərinə başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə