İspaniyanın Uber taksi xidməti elektromobillərdən istifadəyə keçəcək
Uber beynəlxalq taksi aqreqatoru İspaniyadakı sürücülərini 2025-ci ilədək elektromobillərə keçirməyi planlaşdırır.
SİA xəbər verir ki, kompaniya bu məqsədlə “Renault” və “Nissan” şirkətləri, həmçinin “General Motors” korporasiyası ilə qarşılıqlı anlaşma memorandumu imzalayıb. Uber mayın 2-dən etibarən ilk dəfə olaraq Avropada, o cümlədən Hollandiya, Fransa, Böyük Britaniya, Belçika, İspaniya və Portuqaliyada fəaliyyət göstərəcək.
Layihədə “Renault” və “Nissan” elektromobilləri iştirak edəcək. Bu elektromobillərə keçmək istəyən sürücülər maliyyə cəhətdən stimullaşdırılacaq.
ABŞ-da Uber taksi sürücülərinə “Chevrolet Bolt” elektromobillərini təklif edəcək. Həmin elektromobillərin şarj cihazlarına da güzəşt olunacaq. Bundan əvvəl belə güzəşt yalnız “General Motors” şirkətinin əməkdaşları üçün nəzərdə tutulurdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB