Konqoda qızıl mədənində şaxtanın çökməsi nəticəsində azı 50 nəfər ölüb
Konqo Demokratik Respublikasının şərqindəki “Detroit” qızıl mədənində şaxtanın çökməsi nəticəsində azı 50 nəfər ölüb.
SİA xəbər verir ki, bu barədə yerli qeyri-hökumət təşkilatına istinadən “Reuters” məlumat yayıb.
Hadisənin güclü yağışlar səbəbindən baş verdiyi deyilir. Məlumata görə, mədən Kanadanın “Banro Corporation” şirkətinə məxsusdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB