Kanadada mağazaların birində baş verən atışma nəticəsində iki nəfər yaralanıb

Kanadada mağazaların birində baş verən atışma nəticəsində iki nəfər yaralanıb

Kanadanın Ebbotsford şəhərindəki mağazaların birində baş verən atışma nəticəsində iki nəfər yaralanıb.

SİA xəbər verir ki, bu barədə “Global News” telekanalı məlumat yayıb.

Hadisə “Kabelas” ovçu mağazasında baş verib. Yaralananlar ağır vəziyyətdə xəstəxanaya çatdırılıblar.

Polisin verdiyi məlumata görə, atışma ilə əlaqədar bir neçə nəfər saxlanılıb. Hazırda ictimai təhlükəsizlik üçün heç bir təhlükə yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə