“Fukusima-1” AES-in əməkdaşları üçüncü enerji blokunda vəziyyəti qiymətləndirmək üçün 6 robotdan istifadə edirlər
Mayın 10-da qəzalı "Fukusima-1" Atom Elektrik Stansiyanın (AES) əməkdaşları problemli üçüncü enerji bloku rayonuna 6 robot daxil ediblər. SIA AzərTAc saytına istinadən xəbər verir ki, mütəxəssislər robotların köməyi ilə reaktorun binasının zədələnməsi miqyasını öyrənmək və həmin rayonda radiasiyanın səviyyəsini ölçmək niyyətindədirlər. AES-in operatoru "Tokio elektrik pauer" şirkətinin nümayəndəsi xəbər verib ki, stansiyanın birinci enerji blokunun binasında artıq qəza işləri aparılır. Xüsusi qoruyucu paltar geymiş insanlar reaktorun daxili hissəsinin vəziyyətini nəzarətdə saxlamaq məqsədi ilə cihazlar quraşdırır və yeni hava soyuducu sisteminin quraşdırılmasına hazırlıq görürlər. Binanın bir çox sahələrində radiasiyanın səviyyəsi saatda 10-70 millizivertdir. Bəzi zonalarda isə bu səviyyə saatda 600 milliziverti ötür.
"Mayın 10-da "Tokio elektrik pauer" şirkətinin təmsilçiləri mətbuat konfransında bildiriblər ki, xüsusi geyim və qoruyucu qurğuşun lövhələr stansiya əməkdaşlarını şüalanmadan tam qoruya bilmir və buna görə də mütəxəssislərin təhlükəli zonada olması müddətini azaltmaq barədə qərar qəbul edilib. Mütəxəssislər bu ayın axırlarında suyun birinci reaktora vurulması üçün nəzərdə tutulmuş soyuducu borular sisteminin quraşdırılmasını başa çatdırmaq niyyətindədirlər. İlkin mərhələdə həmin sistemlə saatda 100 tona yaxın su vurulacaq. Daha sonra suyun miqdarı iki dəfə artırılacaq, bu da reaktorda suyun temperaturunu 100 dərəcəyə qədər aşağı salmağa imkan verəcək. İkinci və üçüncü enerji bloklarında da belə əməliyyatların yerinə yetirilməsi planlaşdırılır. Qəzalı "Fukusima-1" AES-in qərb darvazası yaxınlığında radiasiyanın səviyyəsi saatda 18,1 mikrozivert təşkil edir. Ekspertlər bildirirlər ki, AES-in birinci enerji blokunun ikiqat qapıları açıldıqdan sonra stansiya rayonunda radiasiya fonu dəyişməyib.
Mayın 10-da AES ətrafında 20 kilometrlik qadağan zonasında yerləşən Kavauti kəndinin 100-ə yaxın sakini evakuasiyadan sonra ilk dəfə olaraq öz evlərinə qısa müddətli səfər edə biləcəklər. Onları həmin kəndə xüsusi avtobusla aparacaqlar. Adamlar xüsusi qoruyucu paltar, maska, əlcək geyəcək və eynək taxacaqlar. Sakinlər evlərindən kiçik qiymətli əşyalarını – pul kisələrini, bank kitabçalarını, zinət əşyalarını götürəcəklər. İki saatlıq səfər başa çatdıqdan sonra onlar radioloji yoxlanışdan keçəcəklər.
Martın 11-də baş vermiş dağıdıcı zəlzələ və sunami nəticəsində Yaponiyada həlak olanların sayı 14 min 919 nəfərə çatıb. Yaponiya Milli Polis İdarəsinin məlumatına görə, 6 prefekturada itkin düşənlərin sayı 9893 nəfər təşkil edir. Ölkənin 18 regionunda yaradılmış 2,4 min müvəqqəti sığınacaqda hələ də 119 minə yaxın adam qalmaqdadır. Təbii fəlakətin Yaponiyaya vurduğu ziyan 25 trilyon ien (308 milyard dollar) məbləğində qiymətləndirilir. Qəzalı "Fukusima-1" AES-in vurduğu ziyan bu məbləği 11 trilyon ien (133 milyard dollar) artıra bilər.
"Fukusima-1" AES-in operatoru "Tokio elektrik pauer" şirkətinin prezidenti qəza nəticəsində zərər çəkmiş insanlara müavinət ödənilməsində maliyyə dəstəyi göstərməsi üçün Yaponiya hökumətinə müraciət edib. Yaponiya Ticarət və Sənaye naziri Banri Kayeda isə öz növbəsində bildirib ki, AES-in operatoru dövlətdən mümkün qədər az maliyyə dəstəyi istəsin və elektrik enerjisi qiymətlərini kəskin surətdə artırmasın.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB