Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi koronavirusa yoluxub

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi koronavirusa yoluxub

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Ruslan Xomçak koronavirusa yoluxub.

SİA xarici KİV-lərə istinadən xəbər verir ki, R.Xomçakın verdiyi COVID-19 testinin nəticəsi müsbət olub.

Ukrayna Silahlı Qüvvələrinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bohdan Senyk açıqlamasında bildirib ki, iki həftəlik təcrid olunan Baş Qərargah rəisinin səhhəti hazırda qənaətbəxşdir.

Bütün xəbərlər Facebook səhifəmizdə