Hazırda dünya ölkələri koronavirusa qarşı 180-ə yaxın peyvənd hazırlayır - ÜST-ün baş direktoru
Hazırda dünya ölkələri koronavirusa qarşı 180-ə yaxın peyvənd hazırlayır, bunlardan 35-i insanlarda sınaqdan keçirilir.
SİA xəbər verir ki, bu barədə Dünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus məlumat verib.
Baş direktor bildirib: "Hazırda 180-ə yaxın peyvənd hazırlanır və onlardan təxminən 35-i insanlarda sınaqdan keçirilir".
Onun sözlərinə görə, tarixdə heç bir xəstəliklə bağlı bu qədər sürətli tədqiqatlar olmayıb.
T.A.Qebreyesus əlavə edib ki, bu "son illərdə elm və texnologiyada inanılmaz irəliləyişi" nümayiş etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB